Sumqayıtda 53 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxsin və ya şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.

Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Sizinxeber.az-ya bildirib.

O, vurğulayıb ki, hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, oktyabrın 27-də saat 22 radələrində Sumqayıt şəhəri ərazisində 1971-ci il təvəllüdlü Y.Manafova kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.

***

08:38

Sumqayıtda 53 yaşlı kişi bıçaqlanıb.

Sizinxeber.az xəbər verir ki, hadisə şəhərin 34-cü məhəlləsində qeydə alınıb.

1971-ci il təvəllüdlü Yaşar Muxtarpaşa oğlu Manafov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.