İsrail artilleriyasının Qəzza zolağının mərkəzi hissəsini atəşə tutması nəticəsində fələstinlilər ölüb və yaralanıb.

APA xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

"İsrailin Qəzzanın mərkəzində Əl-Bureyc və Nuseyrat qaçqın düşərgələrini artilleriya atəşinə tutması nəticəsində bir neçə fələstinli ölüb və yaralanıb" – telekanal bildirir.