Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın yerli bürosunun verdiyi məlumata görə, 1971-ci il təvəllüdlü H.Məmmədov “Opel ” markalı avtomobili ilə şəhərdə hərəkətdə olarkən qəfildən infarkt keçirib. O, idarəetməni itirərək avtomobili yol kənarındakı dəmir ara kəsməyə çırpıb. Hadisə nəticəsində sürücü həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.