Gəncədə ölümlə nəticələnən ağır avtomobil qəzası olub.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin çıxışında qeydə alınıb.

Belə ki, "Opel" markalı avtomobil metal arakəsməyə çırpılıb.

Qəza nəticəsində 1 nəfər aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Onun şəxsiyyəti araşdırılır.

Faktla bağlı araşdırma aparılır.