"Romeo və Cülyetta" (1968) filmində Cülyetta obrazını canlandıran britaniyalı aktrisa Oliviya Hussi 74 yaşında vəfat edib.

APA xəbər verir ki, bu barədə onun ailəsi İnstaqramda məlumat verib.

"Dekabrın 27-də öz evində, yaxınlarının əhatəsində dinc şəkildə dünyasını dəyişən Olivia Hussey Eisley-nin vəfatını dərin hüznlə bildiririk", - bəyanatda deyilir.

Ölümün səbəbləri barədə məlumat verilmir.