Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan 9 nəfər Rusiya vətəndaşı Moskvaya yola salınıb.

Bu barədə Sizinxeber.az-ya Manqistaunun Vilayət Administrasiyasından məlumat verilib.

Bildirilib ki, müxtəlif bədən xəsarətləri almış Rusiya vətəndaşları Rusiyadan gələn xüsusi təyyarədə tibb personalının müşayiəti ilə vətənlərinə göndərilib.