Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan Azərbaycan hava yollarına məxsus təyyarənin sərnişinləri Qazaxıstan, Azərbaycan, Rusiya, Tacikistan və Qırğızıstan vətəndaşları olub.

Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, ilkin məlumatlara görə, təyyarənin göyərtəsində 15 Rusiya vətəndaşı olub.