Bakı-Qroznı marşrutu üzrə hərəkət edən təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyindən Sizinxeber.az-ya məlumat verilib.
Bildirilib ki, Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarə Azərbaycan Hava Yollarına məxsusdur.
"Hadisənin hansı şəraitdə baş verdiyinə aydınlıq gətiriləcək. Xüsusi araşdırma aparılacaq", - nazirlikdən bildirilib.
Qazaxıstan Nəqliyyat Nazirliyi: AZAL-ın təyyarəsinin hansı şəraitdə qəzaya uğradığına aydınlıq gətiriləcək