Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1951-ci il təvəllüdlü P.Quliyevanı xilas etmək mümkün olmayıb.

***

08.55

Gəncədə piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

1951-ci il təvəllüdlü P.Quliyeva yolu keçmək istəyən zaman onu minik maşını vurub.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.