“İspaniya Ukraynaya sülhməramlı qoşun göndərməyəcək”.

Bu barədə İspaniyanın Baş naziri Pedro Sançes Avropa İttifaqının (Aİ) sammitinin yekunları ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

“Biz İspan qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsini düşünmürük ”, - deyə o əlavə edib.

O xatırladıb ki, İspaniya və Ukrayna cəmi bir neçə ay əvvəl ikitərəfli təhlükəsizlik sazişi imzalayıblar.