Suriya ordusu əks-hücum hazırlamaq üçün qoşunlarını Hələbdən çıxardığını açıqlayıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, Suriya ordusu müxalifətçilərə qarşı əks-hücum hazırlamaq üçün qoşunların Hələbdən müvəqqəti çıxarılmasını elan edib.

Hərbçilər həmçinin əlavə edib ki, son bir neçə gün ərzində Hələb və İdlibdə müxalifətçilərlə şiddətli toqquşmalarda onlarla əsgər ölüb və yaralanıb.