Qəzza zolağında münaqişənin kəskinləşməsindən sonra əsas ərzaq məhsullarının qiymətləri 1000% artıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə BMT-nin İşğal olunmuş Fələstin Ərazilərində Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.

“Qəzzada ərzaq böhranı kəskinləşdikcə, əsas ərzaq məhsullarının qiymətləri münaqişədən əvvəlki səviyyələrlə müqayisədə 1000%-dən çox artıb”, - məlumatda deyilir.