Türkiyənin Antalya vilayətində hava limanında Rusiyaya məxsus SSJ-100 təyyarəsi yanıb.

APA xəbər verir ki, ilkin məlumatlara görə, yanğın Soçidən uçan Azimut Hava Yollarına məxsus Sukhoi Superjet 100-95LR təyyarəsinin göyərtəsində baş verib.

Hadisə ilə bağlı təyyarənin endiyi enmə zolağı bağlanıb.

Məlumata görə təyyarənin göyərtəsindəki 79 sərnişin təxliyə edili.