Rusiya hərbi təyyarəsi Yaponiyanın hava məkanını pozub.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Kyodo” məlumat yayıb.

Bildirilib ki, Rusiyanın İL-38 hərbi təyyarəsinin Rebun adası yaxınlığında bu ölkənin hava məkanını üç dəfə pozub.

Buna cavab olaraq Hava Özünümüdafiə Qüvvələrinə məxsus döyüş təyyarəsi xəbərdarlıq atəşi açıb.