Kansler Olaf Şolzun rəhbərlik etdiyi Almaniya Sosial Demokrat Partiyası reytinq itirməkdə davam edir.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

INSA institunun sorğusunun məlumatları göstərir ki, Şolzun ​​partiyası hazırda 14% reytinqə malikdir.

Sorğu noyabrın 21-dən 22-dək aparılıb. Tədqiqat müəllifləri 1001 insan arasında sorğu keçirib.