İstanbul boğazında gəmilərin hərəkəti ikitərəfli dayandırılıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Qeyd olunub ki, buna səbəb əlverişsiz hava şəraiti, o cümlədən qatı dumandır.