İstanbul boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Qeyd olunub ki, buna səbəb hava şəraiti, o cümlədən müşahidə olunan qatı dumandır.

Hərəkətin nə zaman bərpa olunacağı bilinmir.