Siyəzəndə 14 yaşlı yeniyetmə dəm qazından boğularaq ölüb

APA xəbər verir ki, hadisə şəhərin 5 mərtəbəli bina evlərində yerləşən mənzildə qeydə alınıb.

2010-cu il təvəllüdlü Asim Vəzirxan oğlu Muradovun hamam otağında dəm qazından boğulduğu bildirilir.

Meyit aidiyyatı üzrə təhvil verilib, fakt araşdırılır.