"Real"da ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Orelyen Çuameni zədələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransalı futbolçu Çempionlar Liqasının 4-cü turunun "Milan"la matçında ayağından xəsarət alıb.

24 yaşlı orta xətt oyunçusunun 1 ay yaşıl meydanlardan uzaq qalacağı ehtimal edilir.