Türkiyənin İzmit şəhərində TÜPRAŞ neft emalı zavodunda baş verən partlayış nəticəsində 12 nəfər yaralanıb.

“Sizinxeber.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə TÜPRAŞ-dan bildirilib.

Onların xəfif xəsarət aldıqları bildirilir.

15:27

Türkiyənin İzmit şəhərində TÜPRAŞ neft emalı zavodunda partlayış baş verib.

“Sizinxeber.az” bu barədə Türkiyənin NTV telekanalına istinadən xəbər verir.

"Partlayış planlı təlim zamanı baş verib", - Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri Tahir Böyükak bildirib.

O, həmçinin qeyd edib ki, partlayış nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

T.Böyükakının sözlərinə görə, partlayış nəticəsində baş verən yanğın nəzarət altına alınıb.