Qəzza zolağında gedən döyüşlərdə İsrail ordusunun bir polkovniki həlak olub.

APA xəbər verir ki, bu haqda ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, həlak olan zabit 401-ci Zirehli Briqadanın komandiri 41 yaşlı polkovnik Ehsan Daksadır.

Onun Qəzza zolağının şimalında gedən döyüşlərdə həlak olduğu bildirilir.