Noyabrın 1-də Bakının Sabunçu rayonu ərazisində ağacəkmə aksiyası təşkil olunub.

Heydər Əliyev Fondundan Sizinxeber.az-ya verilən xəbərə görə, aksiyada Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) və COP29 könüllülərinin qatıldığı aksiyada 1000 ədəd Eldar şamı ağacı əkilib.