Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ” markalı avtomobil ilə digər minik avtomobili toqquşub.

Qəza nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar 2001-ci il təvəllüdlü S.Məmmədov və 1981-ci il təvəllüdlü M.Məmmədovadır.

Faktla bağlı araşdırma aparılır.