Cəlilabad rayonunda toxum sərgi-satış yarmarkası keçiriləcək.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, yarmarka 30 oktyabr saat 14:00-da baş tutacaq.

Yarmarka Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək.

Qeyd edək ki, bu mövsümün sonuncu toxum sərgi-satış yarmarkası olacaq.