İmişlidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Xubyarlı kəndində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı minik avtomobili “MAN” markalı yük avtomobili ilə toqquşub.

Nəticədə "VAZ 2107" markalı avtomobilin sürücüsü; İmişli sakini, 1970-ci il təvəllüdlü Ağayev Cabbar Əlibala oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.