Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az -nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Alpout kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qax rayon sakini, 1995-ci il təvəllüdlü Elgün İsmayıl oğlu İsmayılzadəyə məxsus "Chevrolet Cruze" markalı minik avtomobili ilə Ucar rayon sakini, 1970-ci il təvəllüdlü Müslümov Qiyas Müslüm oğluna məxsus "Ford" markalı mikroavtobus toqquşub.

Nəticədə 4 nəfər müxtəlif bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.