Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Sizinxeber.az"a FHN-dən məlumat verilib.

"Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub", - nazirlikdən bildirilib.

11:48

Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.

"Sizinxeber.az" xəbər verir ki, əraziyə yanğınsöndürənlər cəlb olunub.