Gədəbəy rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Soyuqbulaq kəndində qeydə alınıb.

Kənd sakini olan 65 yaşlı kişi yaşadığı evin həyatində ağacdan yığan zaman 5 metr hündürlükdən yıxılıb.

Ağır xəsarət alan kənd sakini xəstəxanaya aparılsa da, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.