Rusiyanın Amerika Birləşmiş Ştatlarındakı səfiri Anatoli Antonov səfir fəaliyyətini başa vurub.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, A. Antonov Rusiyanın ABŞ-dəkı səfiri kimi fəaliyyətini başa vurub və Moskvaya qayıdır.

Qeyd edək ki, Antonov 2017-ci ilin avqustunda Rusiyanın ABŞ-dəkı səfiri təyin olunub.

Buna kimisə o, müdafiə nazirinin müavini vəzifəsində çalışıb.