Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxılıb.

APA xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.

2012-ci il təvəllüdlü Kiçikxanım Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb.

Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağırdır.


Fakt araşdırılır.