UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyununda təmsilçimiz penalti zərbəsindən yararlana bilməyib.

"Sizinxeber.az" xəbər verir ki, "Tottenhem Hotspur" stadionundakı matçın 58-ci dəqiqəsində Toral Bayramov 11 metrlik cərimə zərbəsini qaçırıb.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə davam edir.

Qeyd edək ki, London təmsilçisi meydanda 10 nəfərlə mübarizə aparır. 7-ci dəqiqədə Radu Drequşin qırmızı vərəqə ilə cəzalanıb.

00:48

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyununda daha bir qol vurulub.

"Sizinxeber.az" xəbər verir ki, "Tottenhem Hotspur" stadionundakı matçın 53-cü dəqiqəsində Pap Matar Sarr fərqlənib - 2:0.

Qeyd edək ki, London təmsilçisi meydanda 10 nəfərlə mübarizə aparır. 7-ci dəqiqədə Radu Drequşin qırmızı vərəqə ilə cəzalanıb.

00:40

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

"Sizinxeber.az" xəbər verir ki, "Tottenhem Hotspur" stadionundakı matçın 12-ci dəqiqəsində meydan sahiblərinin heyətində Brennan Conson fərqlənib.

Qeyd edək ki, London təmsilçisi meydanda 10 nəfərlə mübarizə aparır. 7-ci dəqiqədə Radu Drequşin qırmızı vərəqə ilə cəzalanıb.

09-27 00:23

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.

"Sizinxeber.az" xəbər verir ki, "Tottenhem Hotspur" stadionundakı matçın 12-ci dəqiqəsində meydan sahiblərinin heyətində Brennan Conson fərqlənib.

Qeyd edək ki, London təmsilçisi meydanda 10 nəfərlə mübarizə aparır. 7-ci dəqiqədə Radu Drequşin qırmızı vərəqə ilə cəzalanıb.

23:50

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyununda hesab açılıb.

"Sizinxeber.az" xəbər verir ki, "Tottenhem Hotspur" stadionunda davam edən matçın 12-ci dəqiqəsində meydan sahiblərinin heyətində Brennan Conson fərqlənib.

Qeyd edək ki, London təmsilçisi meydanda 10 nəfərlə mübarizə aparır. 7-ci dəqiqədə Radu Drequşin qırmızı vərəqə ilə cəzalanıb.

23:46

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyununda meydan sahiblərinin futbolçusu qırmızı vərəqə ilə cəzalanıb.

"Sizinxeber.az" xəbər verir ki, "Tottenhem Hotspur" stadionunda davam edən qarşılaşmanın 7-ci dəqiqəsində Radu Drequşin Juninyoya qarşı kobud oyuna görə meydandan qovulub.

Matçı fransalı baş hakim Villi Delajo idarə edir.

Qeyd edək ki, görüş tıxac səbəbindən 35 dəqiqə gec başlayıb.

23:35

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyunu start götürüb.

"Sizinxeber.az" xəbər verir ki, qarşılaşma "Tottenhem Hotspur" stadionunda keçirilir.

Matçı fransalı baş hakim Villi Delajo idarə edir.

Qeyd edək ki, görüş tıxac səbəbindən 35 dəqiqə gec başlayıb.