Biləsuvar rayonunda ağır yol qəzasında yaralananlardan daha biri ölüb.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb.

Ölənlərdən biri avtomobilin sürücüsü Pərviz Hüseynovdur.

15:31

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində üç nəfərin öldüyü, bir nəfərin ağır xəsarət aldığı bildirilir.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.