Şəmkirdə bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Könüllü kəndində qeydə alınıb.
Kənd ərazisində 3 nəfəri elektrik cərəyanı vuraraq öldürüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Məlumata görə, həmin şəxslərin küçədə apardıqları nərdivan elektirk naqillərinə toxunub və onları cərəyan vurub.
Faktla bağlı araşdırma aparılır.