Şəmkirdə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonda yerləşən marketlərin birinin qarşısında qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən təxminən 50-60 yaşlı Z.Səmədzadəni vurub.

Qadın xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.