Suriyanın şimal-şərqindəki Həsəkə vilayətinin Əl-Şəddadi bölgəsində yerləşən ABŞ bazası raket atəşinə tutulub.

Sizinxeber.az xəbər verir ki, bu barədə “RİA Novosti” Suriyadakı hərbi mənbələrə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, ABŞ-ın bölgədəki bazasına dörd raket atılıb. Hücum nəticəsində bazanın ərazisində yanğın baş verib.

Hücum nəticəsində insan tələfatının olub-olmaması ilə bağlı məlumat verilməyib.