Şuşada ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Turşusu ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Ford Transit" markalı mikroavtobus idarəetməni itirərək yol kənarında aşıb. Hadisə nəticəsində sürücü daxil olmaqla, 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Xankəndi Şəhər Mərkəzi Xəstəxanası çatdırılıb.

Faktla bağlı Şuşa rayon polis şöbəsində araşdırma aparılır.