Livanda partlayışlarda ən azı 100 nəfər xəsarət alıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Üç nəfərin həlak olduğu qeyd olunub.
***
18:22
Livanın cənubunda yenidən partlayışların baş verdiyi bildirilir.
Sizinxeber.az xəbər verir ki, bu barədə “Kan” məlumat yayıb.
Yenidən rabitə qurğularının partladığı deyilir.
Qeyd edək ki, dünən "Hizbullah" üzvlərinin rabitə qurğularının partladılması nəticəsində minlərlə insan yaralanıb, 10-dan çox adam ölüb. "Hizbullah" buna görə İsraili ittiham edib.