Livanda partlayışlarda ən azı 100 nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
***
18:22
Livanın cənubunda yenidən partlayışların baş verdiyi bildirilir.
APA xəbər verir ki, bu barədə “Kan” məlumat yayıb.
Yenidən rabitə qurğularının partladığı deyilir.
Qeyd edək ki, dünən "Hizbullah" üzvlərinin rabitə qurğularının partladılması nəticəsində minlərlə insan yaralanıb, 10-dan çox adam ölüb. "Hizbullah" buna görə İsraili ittiham edib.