Baş Prokurorluğun Elm-Tədris Mərkəzinə rəis təyin edilib.

Baş prokurorluğun Mətbuat xidmətindən Sizinxeber.az-ya bildirilib ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş prokurorun müvafiq əmrinə əsasən, Talıb Cəfərov Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsinə təyinat alıb.

Talıb Cəfərov bu təyinata qədər Elm-Tədris Mərkəzinin rəis müavini vəzifəsində işləyib.

Xatırladaq ki, Mərkəzin əvvəlki rəisi Mübariz Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilib.