"Abşeron" basketbol klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki ,paytaxt təmsilçisi türkiyəli Erhan Tokerlə 1 illik müqavilə imzalayıb.

O, bu postda həmyerlisi Uğur Özdemiri əvəz edib.

Qeyd edək ki, mütəxəssis Türkiyədə "Qalatasaray"ın aşağı yaş qrupları üzrə komandalarının baş məşqçisi kimi və "Tofaş" komandasında fəaliyyət göstərib.