Bakı-Quba yolunda avtomobil idarə edən Türkiyə vətəndaşı sükan arxasında ölüb.

“Sizinxeber.az”un yerli bürosu xəbər verir ki, hadisə yolun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, 1966-cı il təvəllüdlü Orhan Yıldırım Kazım sükan arxasında ölüb.

Faktla bağlı araşdırma aparılır.