Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən metallurgiya kombinatında baş verən partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə İzmir vilayətinin valisi Süleyman Elban jurnalistlərə açıqlamasında bildirib.
"Aliağada ölənlərin sayı 10-a yüksəlib, 15 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Onlardan dördünün vəziyyəti ağırdır. Dağıntılar altında daha dörd nəfər qalır", - deyə vali qeyd edib.