ABŞ ordusu Hörmüz boğazı sahillərində İranın möhkəmləndirilmiş raket mərkəzlərinə bomba zərbələri endirib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

CENTCOM bildirib ki, bir neçə saat əvvəl ABŞ qüvvələri Hörmüz boğazının İran sahili boyunca İranın gücləndirilmiş raket bazalarına çox sayda 5 min funtluq (2 tondan ağır) ölümcül silahlardan atəş açıb.

Hesabatda İranın bu mövqelərdə yerləşdirilən gəmi əleyhinə raketlərinin boğazda beynəlxalq gəmiçilik üçün təhlükə yaratdığı vurğulanıb.