ABŞ Prezidenti Donald Tramp ölkə üzrə icmaları data mərkəzlərinin tikintisinə qarşı çıxmamağa çağırıb.
Oxu.Az xəbər verir ki, D.Tramp bu barədə öz sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, ABŞ-dəki icmaların data mərkəzlərini istəməməsinin yeganə səbəbi "geridə və yoxsul qalmaq" arzularıdır.
"Əgər uğurlu və varlı olmaq, vergiləri xeyli azaltmaq və hər yerdə iş yerlərinin yaradılmasını istəyirlərsə, data mərkəzlərinə imkan versinlər. Yaxşı xəbər odur ki, onları istəyən çoxlu başqa yerlər var", - deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti data mərkəzlərinin fəaliyyətinə mane olunacağı təqdirdə bunun ölkənin iqtisadi maraqlarına zərər vuracağını qeyd edib.
"Bu, qızıl yumurta verən qazı öldürmək kimidir, burada yalnız özünüzü günahlandıra bilərsiniz. Çin data mərkəzlərinə qarşı bu hərəkatdan daha çox məmnun ola bilməzdi. Əslində, onlar bunun baş verdiyinə inana bilmirlər", - deyə Tramp əlavə edib.