Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) müxalifət partiyaları və bloklarından 555 seçki məntəqəsində səslərin yenidən sayılması tələbi ilə müraciətlərin daxil olduğunu bildirib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Ermənistan mediası MSK-ya istinadən məlumat yayıb.
Belə ki, "Çiçəklənən Ermənistan" və "Birlik Qanadları" partiyalarından, "Ermənistan" blokundan səslərin yenidən sayılması barədə 30 müraciət daxil olub.
MSK-dan bildirilib ki, səslərin yenidən sayılması üçün müraciətlərin qəbulu müddəti iyunun 9-da başa çatıb.
"Dairə seçki komissiyaları daxil olmuş müraciətlərə baxacaq", - məlumatda qeyd olunub.
Ermənistanda seçkilərin keçirilməsi üçün 2005 seçki məntəqəsi açılmışdı.
Qeyd edək ki, iyunun 7-də keçirilmiş seçkilərin nəticələrinə əsasən parlamentə hakim "Mülki müqavilə" partiyası (səslərin 49,825 %-i), "Güclü Ermənistan" partiyası (23,281 %) və "Ermənistan" bloku (9,934 %) keçir.