Çin rəhbəri Si Szinpin "Boinq"dən 200 təyyarə almağa razılaşıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Foks Nyus" telekanalına açıqlamasında deyib.

"Bu gün o, bir şeylə razılaşdı: 200 böyük təyyarə sifariş edəcək. Bu, çoxlu iş yeri deməkdir”, - Tramp bildirib.

Tramp həmçinin şirkətin əvvəlcə daha kiçik bir sifariş istədiyini söyləyib:

"Boinq" 150 istəyirdi, onlar 200-nü aldılar".

Qeyd edək ki, Tramp Çində səfərdədir.