Rusiya Ermənistanın “Cermuk” mineral suyunun oflayn və onlayn pərakəndə satışını dayandırıb.

Sizinxeber.Az xəbər verir ki, bunu Rusiya Qabaqcıl Texnologiyaların İnkişafı Mərkəzinin baş direktorunun müavini Revaz Yusupov deyib.

O bildirib ki, buna səbəb “Rospotrebnadzor”un vətəndaşların sağlamlığına mümkün zərərin qarşısını almaq üçün tədbirlər görülməsini tələb edən müraciəti olub:

“Səbəb məcburi tələblərin pozulması idi. Məhdudiyyətlər istehsal tarixləri 17 fevral və 5 mart 2026-cı il olan məhsullara təsir edib”.