Almaniyanın "Hoffenhaym" klubunda çıxış edən Türkiyə millisinin üzvü Ozan Kabakın müqaviləsinin müddəti uzadılıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı müdafiəçi ilə 2030-cu ilə qədər yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Ozan Kabak cari mövsümdə "Hoffenhaym"ın heyətində 21 oyunda iştirak edib və 4 qol vurub.