Qax şəhərində 54 yaşlı kişi hamamda yıxılaraq ölüb.

"Sizinxeber.az"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə fərdi yaşayış evlərinin birində baş verib.

Belə ki, şəhər sakini - 1972-ci il təvəllüdlü Cəfərov Elxan Sabir oğlu yaşadığı mənzilin hamam otağında yıxılaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.