Suriya və Venesuelada yaşananlar İranda baş verməyəcək.

Far.Az Tasnim agentliyinə istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib.

"İran nə lideri (Bəşər Əsəd – red.) ölkəni qoyub qaçan Suriya, nə də zor gücü (Nikolas Maduronun həbsi – red.) ilə təslim olmağa məcbur edilən Venesueladır", - Qalibaf bildirib.

Onun sözlərinə görə, dinə bağlı ölkəni məğlub etmək mümkün deyil:

"Düşmənin (ABŞ-İsrail – red.) bizə üçüncü dəfə hücum etməməsi üçün onları peşman etməliyik. Yeganə təhlükəsizlik zəmanətimiz budur".

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb.